DEZDEMONANIN DƏSMALI... - HACI FİRUDİN QURBANSOY yazır

Uilyam Şekspirin (William Shakespeare , xaç suyuna çəkilib 26.04.1564 – 23.04.1616)  doğulub dünyasını dəyişdiyi hesab olunan bina Henley St, Stratford-upon-Avon CV37 6QW, United Kingdom ünvanında yerləşir və Shakespeare's Birthplace adlandırılaraq indi onun ev muzeyidir. Muzeyin saxlancında farsca üzü dərili qalın əlyazma kitabı mühafizə olunur, alimlərimizin qənaətinə görə, kitab Şeyx Nizami Gəncəvinin “Xəmsə”sidir. Şeyx Nizaminin möhtəşəm əsərləri meydana gələn XIII əsrdə ingilis əlifbası təzəcə tətbiq olunurdu. İslam sivilizasiyası bəşər tarixində Orta yüzilliklərdə elmlərin bütün sahələrində yeganə üstün mövqeydəydi. Səlib yürüşləri zamanı müsəlman müəlliflərin çalınan kitablarını latıncaya tərcümə edib tədris etməklə, qədim yunanlardan sonra donuq vəziyyətə düşən Avropada elm yavaş-yavaş inkişaf etməyə başladı.

Mövlanə Məhəmməd Füzulinin çağdaşı kimi, Şekspirin Qurani Kərimdən, Peyğəmbər hədislərindən məlumatlı olduğu müxtəlif alimlər tərəfindən xüsusi mövzu kimi araşdırılıb. Şekspirin şəxsiyyəti hələ də gümanlar dumanlığındadır; onun həqiqətən də Qlobus teatrının aktyoru olduğu normal məntiqə sığmır. Kanonik 8 cilddə toplanan çox mükəmməl əsərləri əsaslı təhsil almayan, əcnəbi dilləri bilməyən, şəhərindən kənara çıxmayan bir aktyor heç vaxt yaza bilməzdi. XIX yüzillikdə bu məsələnin araşdırılması gündəmdəydi. Filosof, tarixçi və siyasətçi  Frensis Bekon (Francis Bacon 22.01.1561 – 09.04.1626), aristokrat, mesenat, hərbi xadim və diplomat olan, ingilislərin  Roger Manners, 5th Earl of Rutland adlandırdıqları qraf Retlənd (06.10.1576 – 26.06.1612), Şekspirin adına çıxan əsərlərin əsl müəllifləri kimi təqdim olunurdu. Hər halda, Şekspir imzasıyla nəşr olunan əsərlərin möhtəşəmliyi indi heç bir mübahisə mövzusu deyil.

1556-cı ildə nəşr edilən italiyan novelları içərisindən mövzusu götürülən,1604-cü ilin oktyabrında ilk tamaşası olan “Otello” faciəsində Uilyam Şekspir teatr möcüzəsi yarada bilib. Aydın görünəni sirrin, sirli olanı aydının içində elə böyük ustalıqla gizləməyi bacarıb ki, beş əsrə yaxındır dünya səhnəsini öz tilsimində saxlaya bilir. Əsərin nüvəsi çoxçalarlı xəyanətdir: Otello – milli, dini xəyanətin, Dezdemona – övlad xəyanətinin, Yaqo - hərbi xəyanətin daşıyıcılarıdır. Otello Osmanlı İslam ordusundan fərarilik edərək xaçpərəstlərə xidmətə gəlir və burada onu yüksək hərbi rütbəyə layiq görürlər, Yaqonu da ona köməkçi verirlər. Hər bir şər məsələ elə bundan sonra olur. Qısqanc Yaqonun törətdiyi şeytani oyun bütün əsər boyu öz cazibəsini saxlayır. Əsərin mətnində Yaqonun diliylə Otelloya bərbər, mavr deyilir. Mavrlar qarayanız ərəblərdir, zənci deyillər, italyanlar onları kiçiltmə anlamında “maura” adlandırır. Mavrlar avropalılara görə ikinci dərəcəli adamlar hesab edildiyindən, onlara vəzifə verməzdilər, təbii ki, Otello bunu bilməmiş olmazdı, ona görə də, karyera evliliyi barədə düşünməmiş deyildi.

Otellonu cadugərlikdə ittiham edirlər. Bu, əsassız deyil, hər kəsin yerinin müəyyən olduğu bir cəmiyyətdə  magiyanın köməyi olmadan əsilzadənin, aşağı sinfin nümayəndəsini sevə bilməsini ətraf mühit qəbul etmək istəmir. Dezdemonanın atası Brabantio I pərdə, II şəkildə Otelloya deyir:

BRABANTIO.


O thou foul thief, where hast thou stow'd my daughter?
Damn'd as thou art, thou hast enchanted her;
For I'll refer me to all things of sense,
If she in chains of magic were not bound,
Whether a maid so tender, fair, and happy,
So opposite to marriage that she shunn'd
The wealthy curled darlings of our nation,
Would ever have, to incur a general mock,
Run from her guardage to the sooty bosom
Of such a thing as thou,--to fear, not to delight.
Judge me the world, if 'tis not gross in sense
That thou hast practis'd on her with foul charms;
Abus'd her delicate youth with drugs or minerals
That weaken motion:--I'll have't disputed on;
'Tis probable, and palpable to thinking.
I therefore apprehend and do attach thee
For an abuser of the world, a practiser
Of arts inhibited and out of warrant.--
Lay hold upon him: if he do resist,
Subdue him at his peril.

(BRABANTIO

Ey, əclaf oğru! Qızımı harada gizlədin?

Lənətə gələsən, onu cadulamısan sən!

Mənalı bir işə sözüm yox, ancaq mümkünmü ki,

Cadunun zəncirləməsi olmadan,

Zərif, göyçək, məsum qızcığaz
Kəbinə biganə ikən, varlı-karlı cavan yerlilərrni qoyub

Özünü adamlara güldürsün,

Bir qara eybəcərin qucağında evindən qaçsın?!.
Çirkindir yaranışdan, həm də mehr yox, qorxu doğurur.

Qoy bütün dünya hakimim olsun! Düz anlatmıram?

Sən onu məlun cadunla yoldan çıxardın,

Məsum körpə balamı cadunun zəhəriylə.

Məhv eləmisən qara ehtiras dalğalarında.

Qoy təhqiq eləsinlər! Ağlabatan dəlillər sübut etsin hər şeyi.

Onunçün sən pozğunu həbs edirəm.

Qanunla yasaq sənəti gizlin gördüyün üçün! 

Onu tutun; müqavimət göstərsə,

Rəhm eləmədən öhdəsindən gəlin!) 

Qızı və Otellonun sözlərini dinləyəndən sonra Brabantio ruhən tamamilə sınır. İş o yerə çatır ki, son sözlərini Otelloya ünvanlayır:

BRABANTIO.

Look to her, Moor, if thou hast eyes to see:
She has deceiv'd her father, and may thee.

BRABANTIO.

Zövcənin ardıyca daha diqqətlə bax,

Atasını aldatdısa, səni də aldadacaq.

Bu sevgi, həqiqətənmi idealdır? I pərdə, III şəkildə Otello Dezdemona ilə qarşılıqlı çılğın sevgisinin anatomiyasını anladır:

She lov'd me for the dangers I had pass'd;
And I lov'd her that she did pity them.
This only is the witchcraft I have us'd…

(Əzablarıma görə sevdi məni,

Və mən həssas şəfqətinə görə,  sevdim onu

Ancaq budur ittiham olunduğum cadugərlik.)

Otello kimdir? – sualı verilsə, bir ağızdan hamı deyər ki, qısqanclığın rəmzi! Doğurdanmı Otello qısqancdır? O, Dezdemonanı doğurdanmı qısqanır?  Əsərin III pərdə, III şəklində özü bu suala cavab verir:

OTHELLO.
I had been happy if the general camp,
Pioners and all, had tasted her sweet body,
So I had nothing known. O, now, for ever
Farewell the tranquil mind! farewell content!

(OTELLO.

Xoşbəxt olardım, əgərçi bütün hərbi düşərgəm

Onun gözəl bədənindən həzz alaydı; hamı, sıravi əsgərədək

Təki bilməyəydim heç nə. Oh, əbədi əlvida

Ruhum, əlvida! Dincliyim, əlvida!)

Əsl qısqanc adam xəyalında belə xəyanəti heç təsəvvür də edə bilməz, Otello isə bütün ordusunun sevdiyi qadınla əylənməsinə nəinki dözərdi, bunu bilməyəndə hətta xoşbəxt də olardı. Bu sözlər qısqanc adamın sözləri deyil. Bəs onda qısqanclığın rəmzi kimi qəbul olunan bu əsərdə əsl qısqanc kimdir? Qəribə də olsa, Yaqo! Birinci pərdə onun monoloqu ilə bitir.

IAGO.
Thus do I ever make my fool my purse;
For
I mine own gain'd knowledge should profane
If I would time expend with such a snipe
But for my sport and profit. I hate the Moor;
And it is thought abroad that 'twixt my sheets
He has done my office: I know not if't be true;
But I, for mere suspicion in that kind,
Will do as if for surety. He holds me well,
The better shall my purpose work on him.

(YAQO.

Ağılsızlarla pul kisəm kimi davranıram

Zəkamın təhqiri olardı, vaxt itirsəydim

Belə bir qaratoyuqla, ələ salmaq üçün,

Ya xeyir qazanmağa. Zəhləm gedir Mavrdan.

Deyirlər ki, yorğan-döşəyimdə

Əvəz eləyib məni. Belədi, ya şaiyə, bilmirəm.

Ancaq şübhəylə hazıram düzgün hesab eləyim

O mənim qiymətimi bilir.

Düşündüyümü gerçəkləşdirməyim daha asan olar.)

Əsərin düyün nöqtəsi kimi bu monoloqdan öyrənirik ki, Yaqo Otellonu arvadı ilə xəyanətdə günahkar bilir və ondan intiqam almaq üçün faciələrə səbəb olacaq planını gerçəkləşdirir.

Dəsmalların mistik gücü haqqında hətta Bibliyada da məlumat var. Əhdi Cədiddə Həvarilərin işləri bəhsində “Efesdə” adlı fəsildə, 12-ci şeirdə oxuyuruq: “Belə ki, Paulun bədəninə toxunan dəsmallar və belinə bağladığı önlüklər belə, götürülüb xəstələrin üstünə qoyulanda insanların xəstəlikləri yox olur, şər ruhlar çıxırdı”. Yuxuyozmalarda dəsmal insanlar arasında həmahəng ünsiyyət, magiyada göz yaşı deməkdir, dəsmalla bağlı kifayət qədər çox mistik məlumat qara (cadu) və çəhrayı (sevgi) magiyasında  tətbiq olunurdu.

Orta yüzilliklər Avropasında qadın qoynunda gizlədiyi dəsmalını cismani məhəbbətə işarə kimi kişiyə bağışlayırdı. Gözəl naxışlı qızıl və gümüş saplı tikmələrlə, yelənlərlə süslənmiş dəsmalları nümayiş etdirmək kilsə ayinləri və tacqoyma mərasimlərində qurnaz xanımların vərdişiydi. Dəsmalları kimdənsə alanda, xırda mis pul vermək indiyəcən yaşayan inanclardandır, sanki bununla baş verəcək xəta – bəlanı satın alıb qovurlar. Dəsmalın işarə vermək funksyası da vardı, “Uca dağlar” xalq mahnımızın nəqaratında deyilir:

Yeri-yeri, mən də gəlim dalinca,

Dəsmal elə, apar məni yanınca.

1685-ci ildə XIV Lüdovikin “dəsmalın uzunu ilə eni eyni, kvadrat şəklində olmalıdır” – xüsusi qərarından sonra, avropalı əsilzadələr dairəvi və oval dəsmallardan istifadə etmədilər. Belə çıxır ki, Dezdeminanın dəsmalı indi istifadədə olan kvadrat şəkilli deyildi. 

Yaqo Otellonun Dezdemonaya bağışladığı sehr gücü olan dəsmaldan xəbərdardı. Buna görə də onun cadugərliyi haqqında rəy yaradıb, onu yaydı. Otello, həqiqətən də, Dezdemonanın məhəbbətini qazanmaq üçün çəhrayı sevgi magiyasından istifadə edib. Dəsmalı bağışlamaq evə göz yaşı gətirmək deməkdir. Adaxlısına dəsmal bağışlayan aralığa hicranın düşəcəyini, göz yaşlarının müşaiyətilə evliliyin aradan qalxacağını bilməliydi. Otellonun bağışladığı dəsmal adi ipək parçadan deyil, fövqəladə tilsim gücünə malikdir. III pərdə, IV şəkildə onun necə hazırlandığı barədə söz açılır:
OTHELLO.
I have a salt and sorry rheum offends me;
Lend me thy handkerchief.

DESDEMONA.
Here, my lord.

OTHELLO.
That which I gave you.

DESDEMONA.
I have it not about me.

OTHELLO.
Not?

DESDEMONA.
No, faith, my lord.

OTHELLO.
That is a fault.
That handkerchief
Did an Egyptian to my mother give;
She was a charmer, and could almost read
The thoughts of people: she told her, while she kept it,
'Twould make her amiable and subdue my father
Entirely to her love; but if she lost it
Or made a gift of it, my father's eye
Should hold her loathed, and his spirits should hunt
After new fancies: she, dying, gave it me;
And bid me, when my fate would have me wive,
To give it her. I did so: and take heed on't;
Make it a darling like your precious eye;
To lose't or give't away were such perdition
As nothing else could match.

DESDEMONA.
Is't possible?

OTHELLO.
'Tis true: there's magic in the web of it:
A sibyl, that had number'd in the world
The sun to course two hundred compasses,
In her prophetic fury sew'd the work;
The worms were hallow'd that did breed the silk;
And it was dy'd in mummy which the skillful
Conserv'd of maiden's hearts.

(OTELLO.

Zökəm olmuşam, yaxşı deyiləm,

Lütfən, mənə dəsmalını ver.

DEZDEMONA.

Al, mənim munisim!

OTELLO.
Sənə nə vaxtsa verdiyimi...

DEZDEMONA.

İndi məndə deyil.

OTELLO.
Səndə deyil?

DEZDEMONA.
Yox, mənim munisim.

OTELLO.
Nahaq. Bu adi dəsmal deyil.

Onu mənim anama haçansa

Verib cadugər qaraçı qadın

Fikirləri oxumağı bacaran,

Ona deyib ki, əgər dəsmal yanındasa,

Atamı tamamilə təslim edəcək

Məhəbbətilə, əgər anam dəsmalı itirsə,

Ya kiməsə bağışlasa atamın gözündən

Düşəcək həmən, ruhusa uçacaq

Başqalar tərəfə. Anam mənə bağışladı
Ölümdən qabaq. Nə vaxtsa evlənsəm

Bağışlayım zövcəmə. Mən də elə eləmişəm.

Onu gözlərin kimi qoru.

Dəhşətdən də dəhşət olar onu itirsən,

Ya da kiməsə bağışlasan.

DEZDEMONA.
O... doğrudanmı?

OTELLO.
Həqiqətdi bu. Sehirlənib onun tərkibi.

Cadugər diriykən sanalayıb,

Günəşin iki yüz dəfə çevrildiyini,

İpəyi sehrlənmiş saplarla toxudu,

Cadulanmış baramadan çıxmış.

Rənginin tərkibində qız ürəklərindən alınma da vardı.)

Mətndən aydın görünür ki, Şekspir, bir sıra rejissorların və tənqidçilərin təqdim etdiyi kimi, Otelloya heç də əsl aşiq imici verməyib. Yaqo o qədər zülmət qarası boyalarla əks olunub ki, qaramtıl Otello onun fonunda işıqlı, ağ görünür. 

1505 – 1508-ci illərdə Kipr adasında Venesiya ordusunun komandanı olan, arvadını müəmmalı şəkildə itirən italiyalı Mauratsionu Otellonun prototipi sayırlar. Kiprin yunan hissəsində qalan, yunanların “Ammoxostoc”, türklərin “Maqusa” və ya “Gazimağusa” adlandırdıqları adanın cənubi – şərqində yerləşən Famagusta liman şəhərinə gələn turistlərə kiprli işbazlar Dezdemonanın boğulduğu yeri fəxrlə göstərir. İndi də sadədil gənc aşiqlər Veronaya, Cüllettaya məktub yazırlar.  Ədəbi qəhrəmanı əbədi qəhrəman hesab edən oxucu, yenə onunla təmas qurmaq istəyirsə, bu Müəllifin dahiliyindən xəbər  verir.

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!