EvdəQal kampaniyası çərçivəsində Kamran Rəsulzadə şeir oxudu - VİDEO

 

#EvdəQal  kampaniyası çərçivəsində   Bədii Tərcümə Mərkəzi və  “Ədəbiyat qəzeti”nin Real TV-nin dəstəyi ilə təqdim etdiyi “Dünya şairləri Azərbaycan üçün şeir oxuyurlar!” layihəsi davam edir. Bu dəfə  tanınmış çağdaş İran şairi, dramaturqu və müğənnisi  Kamran Rəsulzadə öz şeirini oxuyur və öz ürək sözlərini deyir.

Mətni Ariz Tarverdiyev tərcümə edib. 

KAMRAN RƏSULZADƏNİN ŞEİRİNİN VƏ MÜRACƏTİNİN MƏTNİ:

Səni anlatmaq üçün
Bahardan yazmağı seçdim
və barmaqlarım çiçəklədi.

Salam mehriban Azərbaycan xalqı. Ümid edirəm bu çətin günlərdə yaxşısınız və bütün dünyanın koronovirusla mücadilə etdiyi günlərdə sizi sağlamlıq arzu edirəm. Bu çətin günlər keçəcək, buna inanıram. Bütün qəlbimlə Azərbaycan xalqına, bütün şairlər və sənətçilərə, onların ailələrinə sağlamlıq arzu edirəm. Evdə oturub özünüzə diqqətli yanaşmanızı xahiş edirəm. Beləcə hamılıqla korona virusa qalib gələ bilərik.

Balıqlara söylə:

Bir az da səbr etsinlər,

Bu şeir çox yaxında

Dənizə çatacaq.

Sizi çox sevirəm, Allaha əmanət olun.

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!