Xocalı - Davide Qualtieri

ermənilərin törətdiyi Xocalı soyqırımına

Davide Qualtieri italyan bəstəkar və şairi

Şərqdən gələn qonağın

yükü hekayət olar -

amma mən eşitdiklərim...

inanmıram dünyada

belə cinayət ola...

Uzaq, günəşli ölkədə

25 fevral gecəsi

qarlı kölgədə

ermənilər qırdılar 613 günahsız adamı -

aman vermədilər biri də qaça

Xocalı şəhid oldu,

Xo-ca -...

Elə bil muncuq

üzüldü sapınnan

topasına biçdilər xocalıları -

topunan...

Xocalı!

qətlinə fərman verənlər -

cani!

bu zülmü görənlər -

cani!

görüb-götürənlər -

cani!

Amma göylər

götürməyəcək bu qədər qanı

and içirəm:

Tanrı canı...

Sətri tərcümə: Mais Nuriyev

Poetik tərcümə: Qulu Ağsəs

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!