Hadiyə məhəbbətlə... - Kamal Abdulla yazır

Məhəmməd HADİ - 140

 

Mən Hadini xatırlayıram...

Görəsən, o, bu gün kimi xatırladır?! Ağlıma gələn böyük rus şairi Brodski olur.

Brodskiyə ruhən, nəfəs genişliyi ilə yaxın şairimiz Məhəmməd Hadidir. Amma Məhəmməd Hadi Brodskini zaman baxımından xeyli qabaqlayıb.

Zaman baxımından isə Brodskiyə uyğun gələn şair bizdə yoxdur. Onun yazdığı illərdə bizim ədəbiyyatda sosialist şitilləri cücərirdi. Özü də bolluq və firavanlıq içində. Hadi bura qədər gələ bilmədi. Gəlsəydi belə onun qələmindən əyri misralar çıxmayacaqdı. Hürriyyət, azadlıq, istiqbal, həqiqət aşiqi Hadi sosialist şairləri ilə bir sırada dayanıb onlarla bir istiqamətə baxa bilməyəcəkdi. Onun üçün də o, bu gün yaşayır. Şəxsiyyətinə, sənətinə bəslənən böyük məhəbbətlə yaşayır.