Bu şənbə "Ədəbiyyat qəzeti"ndə - ANONS 27.07.2019

Köşklərdən "Ədəbiyyat qəzeti" almağı unutmayın

 

  1. Elçin Şıxlı: “İndi məni İsmayıl Şıxlının oğlu kimi təqdim etmələrini daha çox istəyirəm”... “Kürsü” layihəsinin bugünkü qonağı xalq yazıçısı İsmayıl Şıxlının oğlu Elçin Şıxlıdır. (Söhbətləşdi: Samirə Əşrəf)
  2. Sevda Sultanova – “Ekranlaşdırılmış ədəbi əsərlər” layihəsində Anarın “Dantenin yubileyi” povesti əsasında çəkilmiş eyniadlı filmi təqdim edirik
  3. Mətanət Vahid - Rənglər - ədəbi podtekst kimi. “İntermediallıq” silsiləsindən (Ümid Nəccarinin hekayələri əsasında)
  4. Cahanxanım Seyidzadə - Mümkün olanın ən yaxşısı. Həyat bəzən hekayələrdən, filmlərdən və yuxulardan daha çox qəribə olur... (İran yazıçısı Mustafa Məsturla görüşdən təəssüratlar)
  5. Cavanşir Yusifli – Kəpənək qanadlarının açdığı qapılar (Yaşar Bünyadın “Qapı” hekayəsi haqqında)
  6. Faiq Hüseynbəyli – şeirlər
  7. Ülvi Babasoy – Ədəbi mətndə mən və başqası (“Xəz paltolu Madonna” romanında “Üçbucaq arzu”)
  8. İlham Qəhrəman – Yaddaş (Poema)
  9. Meyxoş Abdullah – Saçlarından asılan qız (Hekayə)
  10. Niyazi Mehdi – “Mən” olmağımın tarixçəsi (Parçalar)
  11. Hədiyyə Şəfaqət – Gülay üçün gömgöy səma və anqappaq buludlar
  12. İslam SadıqMirzə Ələkbər Sabirin milləti oyatmaq laylası
  13. Avdı Qoşqar – Akifdən qabaqkı Ulucay Akif
  14. Eminquey Akif Səməd bu yolu təkcə keçmədi, təkcə ölmədi
  15. Kənan Hacı – Hacı İsgəndər (Romandan parça)
  16. Nicat Həşimzadə - Gənc alimi öldürən fəlsəfə (Süleyman Abdullanın “Fəlsəfə müəlliminin ölümü” romanı haqqında)
  17. Arif Buzovnalı – “Qırx qəzəl – Qırx şərh” kitabından Saib Təbrizinin qəzəlinin şərhi
  18. Rəfail Tağızadə - şeirlər
  19. M.X.Bakirov – Mixi mətnlərin gerçək anlamı (Tariyel Azərtürkün “Türk və türk dilinin mənşəyi” (mixi yazılar əsasında)” monoqrafiyası barədə bir neçə kəlmə)
  20. Leyla RamazanlıEka Kurnivan və onun “Gözəllik başa bəladır” əsəri
  21. Ədəbiyyat üzrə 1981-ci ilin Nobel mükafatçısı Elias Kanettinin sitatları (Əyyub Qiyasın tərcüməsində)
  22. NargisKamal Abdulla:Postmodernizmdən milli özünəməxsusluğa
  23. Uluqbek Yesdauletin şeirləri (Elxan Zal Qaraxanlının təqdimatı, Akif Əhmədgilin tərcüməsində)
  24. Belaruslar kitab oxuyurlarKamran Nəzirlinin təqdimatında Lyudmila Kebiç və Dmitriy Rodionçikin şeirləri
  25. Xuraman Hüseynzadə - şeirlər
  26. Sevinc Muğannanın təqdimatında Fuad Biləsuvarlının şeirləri
  27. Qavin Bell – Mənim günüm-güzəranım (Hekayə) (Tərcümə etdi: Rauf Qaraişıq)