Helen xala... - Tomas Eliot

 

Miss Helen Slinqzbi, mənim ərə getməyən xalam,

Dəbdəbəli meydançanın yanındakı kiçik evdə yaşayırdı.

Dörd qulluqçusu vardı.

O öləndə, göy üzü tərtəmiz idi

Sakitlik idi o yaşayan küçədə də.

Dəfn kontorunun sahibi kandarda ayaqlarını sildi,

O axı bilirdi, belə şeyin əvvəllər də baş verdiyini.

Evdə pərdələri saldılar.

İtlərə əvvəlki kimi yaxşı yal verirdilər,

Tutuquşu isə tezliklə öldü.

Buxarının üstündəki Drezden saatı çıqqıldamağa davam edirdi.

Lakey qonaq otağındakı yemək stolunun üstündə oturmuşdu

Və qulluqçunu otuzdurmuşdu dizlərinin üstündə.

O qulluqçu elə başıaşağı qız idi ki,

Ev sahibəsinin sağlığında.

Tərcümə etdi: Həmid PİRİYEV

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!