"Ədəbiyyat qəzeti"nin xüsusi buraxılışı - ANONS - 09.11.2018

Köşklərdən "Ədəbiyyat qəzeti" almağı unutmayın

 

“Ədəbiyyat qəzeti”nin 9 noyabr sayı Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun 85 illik yubileyinə həsr olunub.

Yubiley nömrəsində Ədəbiyyat İnstitutunun tarixi inkişaf yoluna nəzər salınır, mərhum ədəbiyyatşünas alimlərin yaradıcılığına işıq salınır, Məmməd Cəfərin, Qasım Qasımzadənin, Arif Abdullazadənin, Şamil Salmanovun, Atif Zeynallının, Hüseyn Kürdoğlunun,  Rasim Kərimlinin şeirləri təqdim olunur.

İnstitut əməkdaşlarının yubileylə bağlı yazılarından əlavə, bu sayda İsa Həbibbəyli, Elçin, Qəzənfər Paşayev, Sabir Rüstəmxanlı, Vaqif Yusifli, Cavanşir Yusifli, Rüstəm Kamal, Azər Turan, Elnarə Akimova, Kənan Hacı, Ülvi Babasoyun məqalələrini də oxuya biləcəksiniz.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!