Mavi ekranların yaşıl işığı... - Nigar İsmayilqızına elegiya

 

Nigar İsmayılqızı aramızdan getdi. Doğulduğu günü ölüm gününə hədiyyə etdi həm də. Tək-tək adamlar var ki, öldüyü tarixlə doğulduğu gün üst-üstə düşür.

33 yaş nədir ki? Allaha üsyan kimi başa düşməyin, amma qan xərçənginin ildən-ilə cavanlaşması qurbanları ilə yanaşı, qurbanlarının doğmalarını, yaxınlarını da alıb aparır...

Nigar İsmayılqızı bu 33 ilə 4 kitab, 3 film sığdırmışdı. Azərbaycan Yazıçılar Birliyinin üzvü, həm də Prezident təqaüdçüsü idi.

2015-ci ildə ilk kitabı - "Pamukun qonşusu" ilə Azərbaycan və Türkiyə mətbuatına səs salmışdı. Ssenariləri, sənədli filmləri, uğurlu layihələri ilə hər zaman gündəmdə idi Nigar.

Nigar İsmayılqızı imzası həm də uzun müddət televiziya ekranlarında eşidilib. Müxbir, redaktor kimi mavi ekranların yaşıl işığı olub. Bir sıra televiziya layihələrinin müəllifi və aparıcısı kimi tamaşaçıların yaddaşında əbədi iz buraxa bilib. Nigar eyni zamanda, Türkiyə və Azərbaycan tamaşaçısının gülərüzlü aparıcısı idi.

... Fəqət nə ölkəmizdə, nə də Türkiyədə nakam taleli həmkarımızın dərdinə əlac tapılmadı. Cəmi 10 gün əvvəl həkimlər gənc yazıçıya kəskin leykoz diaqnozu qoymuşdular. On gün sonra isə əcəl onu aramızdan apardı.

Allah rəhmət etsin!

 

Tural Turan

Fuad Cəfərli

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!