Savadsız yazıçılar - Klassikaya çevrilmiş ədiblərin savadsız yazıları haqqında

 

Savad intellegent insanın ən gözəl xüsusiyyətlərindən hesab olunur. Xüsusilə yazıçılar üçün bu, əsas üstünlüklərdən biridir.

Sosisal şəbəkələrdə hər hansı bir şəxs tərəfindən  savadsız yazıya - paylaşıma rast gələndə şəxs haqqında olan düşüncələrimiz büsbütün dəyişə bilir. 

Ədəbiyyat tarixində müəyyən rola malik, klassik ədiblər sırasına daxil olmuş bir çox yazıçılar olub ki, onlar savadsız yazıdan əziyyət çəkiblər. Hətta bir çoxları savadsızlığını biruzə verməmək üçün korrektorlara pul xərcləməkdən də çəkinməyiblər. Bir sözlə, adlarını sadalayacağımız insanlar savadsız yazıları ilə daima araşdırmaçıların diqqətini özündə cəmləyə bilib. Onların kobud qrammatik və orfoqrafik səhvləri orijinal mətnlər, əlyazmalar üzərində indi də qalmaqdadır.

Andersen ümumiyyətlə çox ziddiyyətli insan idi. Məşhur nağılbaz uşaqlar üçün qələmə aldığı kiçik həcmli hekayələri, nağılları heç sevməzdi. O, daha çox romanları və pyesləri ilə fəxr edərdi. Uşaq ədəbiyyatında böyük xidmətləri olan yazıçının özü uşaqlardan kənar gəzməyə çalışardı. 

O, ömrünün sonuna qədər səhvlərlə yazıb. Onun disleksiyadan əziyyət çəkməsini, savadının yüksək olub-olmamasını indi müəyyən etmək olduqca çətindir. Hər halda, araşdırmaçılara məlumdur ki, Andersen mətnlərndəki səhvlərin aradan qaldırılması üçün korrektorlara olduqca ciddi məbləğdə pul xərcləyirdi. 

Andersenin azyaşlı müasiri, ədəbiyyat tarixinin yaddaşına Lüis Kerrol ləqəbi ilə yazılmış ingilis Çarlz Lyutvic Dokson da eyni problemdən əziyyət çəkərdi. Riyazi, fəlsəfi, sürrealist, qeyri-adi nağılları uşaq ədəbiyyatına gətirən, "Alisa möcüzələr diyarında" kitabının istedadlı müəllifi olan Kerrol yazılarında  daima səhvlərə yol verirdi. Halbuki viktorian epoxasının insanları üçün bu, yaxşı hal hesab olunmurdu. Hər-halda, Kerrol savadsızlığından qətiyyən narahat deyildi. 

Realistik mətnlərin ilk qaranquşu olan əla satirik, məşhur ingilis yazıçısı Ceyn Osten də qrammatikanı yaxşı mənimsəyə bilməmişdi. Bioqroflar Kerrolun bisavadlığına disleksiya diaqnozu qoysalar da, "Qürur və Qərəz"in müəllifinin belə bir peoblemi yox idi. Osten də Andersen kimi daima korrektorların yardımına ehtiyac duyurdu.

Mayakovskinin ən böyük problemi durğu işarələriyləydi. Deyilənə görə mətbu orqanlarına öz şeirlərini yollayan şairin yazılarına nöqtələrin əlindən baxmaq mümkün deyildi. O, yeri gəldi-gəlmədi tamamlanmış və ya tamamlanmamış fikrin sonuna mütləq nöqtə qoyardı. Memuarlarında bunu xüsusilə qeyd edən şair nöqtəyə və vergülə olan nifrətini gizlətmirdi. Araşdrırmaçıların qənaətinə görə Mayakovski də disleksiyadan əziyyət çəkirdi. Elə bu səbəbdən də durğu işarələrini harada qoymağın məqsədəuyğunluğunu müəyyən edə bilmirdi. Bütün bunlara baxmayaraq şair şeirin qafiyəsini çox gözəl hiss edirdi. 

Detektiv janrının şəhzadəsi olan Aqata Kristi maraqlı hadisələri düşünməyi bacarsa da onları yazıya köçürdükdə olduqca kobud səhvlərə yol verirdi. Hətta adını - imzasını belə daima fərqli olaraq qeyd edirdi.

Əlbəttə, bu bisavadlıq onu zərrə qədər də narahat etmirdi. İngilislər Kristinin populyarılığını Şekspirlə müqaisə edirdilər. 

Aqata Kristidən fərqli olaraq Hemenquey etdiyi səhvlərə görə kompleks keçirmirdi. O, düşünürdü ki, mətndə səhvləri aşkarlayıb, mətni qaydaya salmaq redaktor və korrektorların işidir. Buna görə narahat olmağa dəyməz. 

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!